Safari (brauzer)

Safari
Loqonun şəkli
Tipi brauzer
Tərtibatçı Apple
Proqramlaşdırma dili C++[2], C[2], Assembler[2], Objective-C[2], əlifba, JavaScript
Əməliyyat sistemi macOS[3], iOS, iPadOS[d], Microsoft Windows
Yayımlanma tarixi 7 yanvar 2003
Sonuncu versiya
Sayt apple.com/safari/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir.

"Safari" 2003-cü ilin yanvarında "Mac OS X Panther"də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri "iPhone"a daxil edilmişdir. Bu, o dövrlərdə "Mac"da ən sürətli brauzer idi. "Apple" 2007-ci və 2012-ci illər arasında "Windows" versiyasını saxlamışdı,[4][5] lakin bazar payının aşağı olması səbəbindən onu tərk etmişdir. 2010-cu ildə "Safari 5" oxucu rejimi, genişləndirmələr və inkişaf etdirici alətləri təqdim etmişdir. 2017-ci ildə buraxılmış "Safari 11" veb izləməni bloklamaq üçün süni intellektdən istifadə edən "Ağıllı İzləmə qarşısının alınması"nı əlavə etmişdir. "Safari 13"də "Apple Pay" üçün dəstək və FIDO2 təhlükəsizlik açarları ilə autentifikasiya əlavə olunmuşdur. Onun interfeysi "Safari 15"də yenidən işlənmişdir.

  1. Apple security releases.
  2. 1 2 3 4 Introduction to WebKit (ing.). 2007.
  3. https://support.apple.com/de-de/HT211292. 2020.
  4. Warren, Tom. "Apple removes Safari for Windows references and download links following version 6 release". The Verge (ingilis). 2012-07-25. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-23.
  5. Kahney, Leander. Inside Steve's Brain: Business Lessons from Steve Jobs, the Man Who Saved Apple (ingilis). Atlantic Books. 2010-05-01. ISBN 978-1-84887-784-9.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search